İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın yeni ədliyyə naziri bu şəxs ola bilər

Ermənistan parlamentinjn deputatı Armen Xaçatryan yeni ədliyyə naziri ola bilər.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Bildirilir ki, onun namizədliyi hakim "Mülki müqavilə"dəki həmkarları tərəfindən təklif edilib və özü də razılaşıb.

Müdafiə və təhlükəsizlik komissiyasının rəis müavini “Joxovurd” nəşrinə bildirib ki, namizədliyi irəli sürülən zaman ölkədə olmayıb. Bildirib ki, partiya İdarə Heyəti onu seçsə, o, icra hakimiyyətinə keçməyə etiraz etməz.

Bundan əvvəl nazir postuna baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan və vitse-mer Suren Qriqoryanın namizədliyinin müzakirə edildiyi bildirilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR