İnsanlara hürriyət, millətlərə istiqlal!

Zabit Səmədov: "Həmyerlilərimi seçkilərdə “Gürcü arzusu”nu dəstəkləməyə çağırıram"

"Son illər Azərbaycanla Gürcüstan bir-birinə daha yaxın olublar, ortaq maraqları bölüşürlər və bir- birinə daim dəstək verirlər. Təbii ki, bunda hər iki ölkənin rəhbərinin mövqeyi önəmli rol oynayır".

Musavat.com xəbər verir ki, bunu Gürcüstanda yaşamış tanınmış idmançı Zabit Səmədov deyib.

O bildirib ki, zaman keçdikcə hər iki dövlət arasında bu əlaqələrin daha sıx olacağına əmindir.

"İndi Gürcüstan ciddi seçim astanasındadır. Bundan sonra da Gürcüstan inkişaf, dostluq və mehriban qonşuluq yolunu davam edəcəkmi? Biz bunu istəyirikmi və istəyiriksə, nə etməliyik. Bu sualların cavabı aydındır: Həmyerlilərimi qarşıdan gələn seçkilərdə "Gürcü arzusunu dəstəkləməyə və 41- ə səs verməyə çağırıram".

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR