Onlayn ictimai-siyasi qəzet
Gələn ilin sonunadək dünyada minik avtomobilləri, kommunal avtomobillər, avtobuslar və yük maşınları da daxil olmaqla elektrik avtomobillərinin sayı 85 milyona çatacaq.
Musavat.com xəbər verir ki, bu, Gartner araşdırma firmasının proqnozunda əksini tapıb.
Proqnoza əsasən bu ilin sonuna qədər dünyada təxminən 64 milyon elektrik avtomobili olacaq. Bu rəqəmə 45,87 milyon akkumulyatorlu elektrik avtomobili (BEV) və 18,16 milyon hibrid daxildir.
Gartner-in analitika üzrə baş direktoru Jonathan Davenport bildirib ki, elektrikli avtomobil bazarının son aylarda üzləşdiyi bir sıra çətinliklərə baxmayaraq, 2025-ci ildə 33 faiz artım proqnozlaşdırırlar.
Gələn il Çin yollarında elektriklə işləyən avtomobillərin sayı 58 faiz, Avropada isə 24 faiz artacaq. Bu iki bazar dünyada istifadə edilən bütün elektrik avtomobillərinin 82 faizini təşkil edəcək.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ