İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin idxalında artım proqnozdan 3 dəfə aşağı olub

Çinin xarici ticarət dövriyyəsi sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 32,33 trilyon yuan (4,57 trilyon dollar) təşkil edib.

Musavat.com ölkənin Baş Gömrük İdarəsinin statistikasına istinadən xəbər verir ki, ay ərzində ixrac 6,2 faiz artaraq 18,62 trilyon yuana, idxal isə 4,1 faiz artaraq 13,71 trilyon yuana çatıb.

Yanvar-sentyabr aylarında Çinin dollar ifadəsində ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz (2,62 trilyon dollara), idxalı isə 2,2 faiz (1,93 trilyon dollara qədər) artıb. Xarici ticarət dövriyyəsinin müsbət saldo 817,1 milyard dollar təşkil edib.

Sentyabrda ixrac 2,4 faiz artaraq 303,71 milyard dollara yüksəlib. İdxal 0,3 faiz artaraq 222 milyard dollara çatıb.

Trading Economics analitikləri orta hesabla ixracın 6 faiz, idxalın 0,9 faiz artacağını proqnozlaşdırıblar.

Ötən ay Çindən ABŞ-a ixrac 2,2 faiz, ASEAN ölkələrinə 5,5 faiz, Avropa İttifaqına 1,3 faiz, Rusiyaya isə 16,6 faiz artıb.
ABŞ-dan idxal 6,7 faiz, ASEAN ölkələrindən idxal 4,2 faiz artıb. Eyni zamanda, Aİ-dən tədarük 4 faiz azalıb.

Çinin xarici ticarət profisiti 2023-cü ilin eyni ayındaki 75,5 milyard dollarla müqayisədə sentyabrda 81,71 milyard dollara yüksəlib. O cümlədən ABŞ-la ticarətdə müsbət saldo 33,33 milyard dollar təşkil edib.

Qeyd edək ki, Çin idxalındakı artımın gözləntilərdən aşağı olması dünya xammal bazarları üçün neqativ siqnal hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR