İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan - Qafarova görüşünün ləğv olunmasının gerçək səbəbi üzə çıxdı

Ermənistan mənbələri bir müddət öncə xəbər yayıblar ki, Ermənistan və Azərbaycan parlamentlərinin spikerləri Alen Simonyan və Sahibə Qafarovanın Cenevrədə keçirilməsi planlaşdırılan görüşü ləğv edilib. Ermənistan Parlamentinin spikerinin mətbuat katibi Movses Arutyunyan bu barədə sosial şəbəkələrdə paylaşım edib və iddia edib ki, görüşdən imtina edən Azərbaycan tərəfi olub. Ermənistan tərəfi Azərbaycanı əldə olunmuş razılaşmadan imtina etməkdə ittiham edib.

Lakin Musavat.com öz qaynaqları vasitəsilə apardığı araşdırmada müəyyən edib ki, Movses Arutyunyanın açıqlaması həqiqəti əks etdirmir. Məlumatlara görə, Azərbaycan görüşdən son anda deyil, təklif gələn kimi imtina edib. Səbəb isə Simonyan və Ermənistan rəhbərliyinin son zamanlar Azərbaycana qarşı sərgilədiyi qeyri-konstruktiv ritorikadır.

Azərbaycan tərəfi rəsmi görüşlərə yanaşmalarında konstruktiv dialoqu dəstəkləyir və Ermənistanın təxribatçı açıqlamaları və davranışları ilə bu mühitə zərbə vurduğu qənaətindədir.

Son zamanlar Alen Simonyan öz çıxışlarında Azərbaycana qarşı sərt bəyanatlar səsləndirib. O, Azərbaycanın suveren ərazisi olan Qarabağda qanunsuz erməni rejimini dəstəklədiklərini bir neçə dəfə açıq şəkildə ifadə edib. Bundan əlavə, Simonyan Ermənistanın sərhədlər məsələsində geri çəkilməyəcəyini və Azərbaycanın tələb etdiyi şərtləri qəbul etməyəcəyini vurğulayıb. Bu cür açıqlamalar Azərbaycanın diplomatik cəhdlərinə maneə yaradır və iki ölkə arasında normal dialoqun qurulmasına ciddi təhdid törədir.

Azərbaycanın bu görüşdən imtinası Simonyanın və Ermənistan rəhbərliyinin konstruktiv addımlardan uzaq olması ilə bağlıdır. Azərbaycan münaqişənin diplomatik yolla həllinə çalışır, lakin qarşı tərəfin davamlı olaraq təxribat xarakterli ritorikası bu cəhdləri suya salır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR