İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəzifəli şəxslərə CİNAYƏT İŞİ açıldı

Ağcabədi xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlanılıb.

Bu barədə Musavat.com-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkimləri barəsində rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla həmin tibb müəssisəsinin əməliyyat bölməsinin müdiri Həbib Məmmədov və reanimasiya şöbəsinin müdiri Ruhəngiz Kərimbəylinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdikləri qüsurlu tibbi xidmət nəticəsində ehtiyatsızlıqdan Qırımxan Qasımovun ölümünə səbəb olmalarına, həmçinin Həbib Məmmədovun cinayət məsuliyyətindən azad olmaq məqsədilə iş üzrə şahidi pulla ələ almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Həbib Məmmədova Cinayət Məcəlləsinin 299.1 (şahidin yalan ifadə verməsi məqsədi ilə onu pulla ələ alma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Ruhəngiz Kərimbəyliyə isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR