İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatsapdan daha bir YENİLİK

Vatsap Avropa Birliyinin “Rəqəmsal bazarlar haqqında” yeni qanununa əməl etməyə hazırlaşır.

Bu barədə “The Verge” nəşri məlumat yayıb.

Yeni qanunla müxtəlif mesajlaşma platformaları bir-birinə uyğunlaşdırılacaq. Bununla da vatsapda digər messencerlərdən mesaj qəbul etmək və göndərmək mümkün olacaq.

Artıq vatsapın "Android" tətbiqinin ən son beta versiyasında “Üçüncü tərəf söhbətləri” adlı bölmə də yer alıb. Onu hazırda sınaqdan keçirmək mümkün deyil.

Yeniliyin 6 ay ərzində messencerin "Android" və "iOS" versiyalarında istifadəyə veriləcəyi gözlənilir. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR