İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin TikTok-un ABŞ aktivlərinin satışından imtina etdi

Sosial media nəhəngi TikTok-un ABŞ-dakı aktivlərinin satılmasına dair razılaşma Çinin ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi cavab tarifləri ilə bağlı razılaşmanı rədd edəcəyini bildirməsindən sonra ləğv olunub.

Musavat.com xəbər verir ki, məıumatı Reuters mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, müqavilə daha əvvəl TikTok-un sahibi olan Çinin “ByteDance” internet holdinqi və ABŞ hökuməti tərəfindən təsdiqlənib.

Mənbələr bildiriblər ki, razılaşma TikTok əməliyyatlarının ABŞ-da yerləşən və əsasən amerikalı investorlara məxsus olan yeni bir şirkətə köçürülməsini nəzərdə tutur.

Həmçinin bildirilir ki, müqavilə uğurla imzalansa, ByteDance-in ABŞ TikTok aktivlərindəki payı 20 faizdən az olacaq.

Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ABŞ-da platformanın bloklanmasını ən azı 75 gün (5 aprelə qədər) təxirə salmağı nəzərdə tutan sərəncam imzalayıb. O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ TikTok-un yarısına sahib olmalıdır, lakin bunun dəqiq nə demək olduğunu izah etməyib. Tramp daha əvvəl demişdi ki, o, platformaya qarşı "isti münasibəti" var, çünki onun gənc amerikalı istifadəçilərinin səsləri 2024-cü ilin noyabrında keçirilən seçkilərdə onun qələbəsinə töhfə verib.

Çindən idxala 34 faiz rüsum tətbiq etdikdən sonra Tramp Çinə qarşı tarifləri yumşaltmaq şərti kimi Pekinin TikTok-un satışına razılıq verməsini qeyd edib. Pekinin ABŞ-dan bütün idxala eyni həcmdə rüsum tətbiqi qərarı açıqlandıqdan sonra isə ABŞ prezidenti ölkədə TikTok sosial şəbəkəsinin fəaliyyətinin daha 75 gün uzadılması haqqında sərəncam imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR