Onlayn ictimai-siyasi qəzet
Vatikanda ilk dəfə qadın qubernator təyin ediləcək.
Musavat.com xəbər verir ki, Papa Fransisk mart ayında bu vəzifəyə rahibə Raffaella Petrini təyin etməyi planlaşdırdığını açıqlayıb.
Vatikanda dövlətin yaradılmasından, yəni 96 illik tarixdən sonra bu vəzifədə yalnız kişilər işləyib. Qubernator, de-fakto olaraq, papa adına hökuməti idarə edən şəxsdir.
2021-ci ildən etibarən Petrini Vatikan qubernatorluğunun baş katibi vəzifəsini icra edir. O, baş nazir olaraq, arxiyepiskop Fernando Verges Alsagua əvəz edəcək. Verges 1 mart 2025-ci ildə 80 yaşını tamamlayacaq.
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ