İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ÜDM-i bir həftədə 15 milyard dollar itirəcək - Ağ Ev

Vaşinqton administrasiyası hesab edir ki, ABŞ hökumətinin qismən bağlanması potensial olaraq ölkənin ÜDM-inə həftədə təxminən 15 milyard dollara başa gələ bilər. Musavat.com Politico-ya istinadən xəbər verir ki, bu hesablama Ağ Evin respublikaçı qanunvericilərə təhvil vermək niyyətində olduğu sənədlərdə yer alıb.

Nəşrin yazdığına görə, “Prezident Donald Trampın iqtisadi müşavirləri uzun müddət dayanmanın ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər”. Onların hesablamalarına görə, "qapanmanın davam etdiyi hər həftə ABŞ ÜDM-də 15 milyard dollar itirə bilər; əgər bu bir ay davam edərsə, işsizlərin sayı 43 min artacaq". Nəşr aydınlaşdırır ki, bu hesablamalar “təxminən 1,9 milyon federal işçinin məzuniyyətə göndəriləcəyini və ya ödənişsiz işləyəcəyini” nəzərə almır.

Hesablamalara görə, bağlanma bir ay davam edərsə, ABŞ-da istehlak xərcləri 30 milyard dollar azalacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR