Onlayn ictimai-siyasi qəzet
Yaponiya hökuməti Çini Yaponiyanın Şərqi Çin dənizindəki ucqar Amami adaları yaxınlığındakı eksklüziv iqtisadi zonasında (EEZ) qeyri-qanuni tədqiqat fəaliyyəti aparmaqda ittiham edərək ona etiraz edib.
Musavat.com xəbər verir ki, məlumatı Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi mətbuat konfransında jurnalistlərə açıqlayıb: “Diplomatik kanallar vasitəsilə Çin hökumətinə hədsiz təəssüf və kəskin etiraz bildirilmiş, ondan bu qeyri-qanuni tədqiqat fəaliyyətlərini dərhal dayandırmağı tələb etmişlər”.
Hayaşinin sözlərinə görə, Yaponiya Sahil Mühafizəsi sentyabrın 28-i və 30-da Amami adaları yaxınlığında Çin okeanoqrafik gəmisinin boruya bənzəyən bir qurğusunun su altında qaldığını müşahidə edib. Yapon patrul gəmiləri səsgücləndiricilərdən istifadə edərək Çin gəmisinin EEZ-dən çıxmasını tələb ediblər.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ