İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 Rusiyanın enerji gəlirlərinin azaldılmasına hədəflənib – BƏYANAT  

G7-nin maliyyə nazirləri Rusiyadan neft almağa davam edən ölkələrə təzyiqi artırmaq barədə razılığa gəliblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, nazirlərin görüşünə dair birgə bəyanatda əksini tapıb: "Biz razılaşdıq ki, indi Rusiyanın əsas gəlir mənbəyi olan neft ixracına maksimum təzyiq göstərməyin vaxtıdır. Biz Rusiya neftinin alışını artırmağa davam edənləri və sanksiyalardan yayınmağa kömək edənləri hədəfə alacağıq".

Eyni zamanda bildirilir ki, "Böyük Yeddilik ölkələri Rusiyanın gəlirlərini azaltmaq səylərində tariflər və idxal/ixrac qadağaları da daxil olmaqla, ticarət tədbirlərinin tətbiqinin vacibliyini qəbul edir".

Nazirlər bəyan ediblər ki, Rusiyadan qalan idxalın, o cümlədən karbohidrogenlərin mərhələli şəkildə dayandırılması üçün mühüm tədbirlər görmək niyyətindədirlər: “Biz həmçinin Rusiyaya yardım edən ölkələrə və təşkilatlara, o cümlədən Rusiya neftindən hazırlanan neft məhsullarına qarşı ticarət tədbirləri və digər məhdudiyyətləri ciddi şəkildə nəzərdən keçiririk”.

Nazirlər həmçinin qeyd ediblər ki, “Ukraynanın maliyyə ehtiyaclarını ödəmək üçün geniş seçim variantları” hazırlanır: “Digər şeylərlə yanaşı, bu tədbirlər müharibəni bitirmək və Ukraynada ədalətli və davamlı sülhü təmin etmək üçün bizim yurisdiksiyamızda olan Rusiyanın suveren aktivlərinin tam dəyərinin koordinasiyalı şəkildə istifadəsini əhatə edir”. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR