Onlayn ictimai-siyasi qəzet
Rusiya gecə saatlarında Buça və Odessaya pilotsuz təyyarələrlə zərbələr endirib.
Musavat.com xəbər verir ki, Rusiyanın ötən gecə təşkil etdiyi hücum nəticəsində Buçada sanatoriya binasında yanğın baş verib, bir nəfər xəsarət alıb.
Şəhər sakinlərinin sözlərinə görə, dronlar həmçinin qatar stansiyasına da zərbə endirib.
Odessada isə enerji obyektləri hədəfə alınıb. Şəhərdə elektrik enerjisinin kəsilməsi davam edir. Enerji şirkəti DTEK faktı təsdiqləyib.
Bundan əlavə, Rusiya Odessadakı “Ukrzaliznitsa” deposuna irimiqyaslı hava hücumu həyata keçirib. Ukraynanın baş nazirinin müavini Aleksey Kulebanın sözlərinə görə, hücum nəticəsində qatarın maşinisti qəlpə yarası alıb.
Onun sözlərinə görə, şimal bölgələrində, xüsusən də Konotopda sərhəd icmalarının dəmir yolu infrastrukturu da hədəf alınıb:
“Qatarlar təhlükəsiz məsafədə dayandırılıb. Səhər saatlarından etibarən hərəkət bərpa olunub, hava elektrik xətti işə salınıb. Lakin hücum səbəbindən Çerniqov və Sumi marşrutlarında bəzi qatarlarda gecikmələr müşahidə edilir”.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ