İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyaya qarşı daha sərt tədbirlər hazırlayır – Fon der Lyayen

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ ölkələrinin dövlət və hökumət başçılarının Kopenhagendə keçirilən qeyri-rəsmi sammitindən sonra deyib: "Biz sanksiyalara yeni yanaşma təklif edirik. Biz artıq addım-addım yanaşma deyil, enerji, maliyyə xidmətləri və ticarətdə çox daha sərt tədbirlər təklif edirik".

AK rəhbəri əlavə edib ki, bu yanaşma artıq müzakirə olunan 19-cu sanksiyalar paketinin hazırlanmasında tətbiq olunur.

Sentyabrın 19-da fon der Lyayen AK-nin 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bunlara, digər məsələlərlə yanaşı, 2027-ci ilin yanvarından etibarən Rusiya  maye qazının Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklara qarşı tədbirlər daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR