İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratlar ABŞ-ın beynəlxalq mövqeyinə zərbə vurur – Rubio

ABŞ hökumətinin fəaliyyətinin məhdudlaşması Vaşinqtonun beynəlxalq münasibətlərdəki mövqeyini zəiflədir və ABŞ-ın təhlükəsizliyini təhdid edir. Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio X hesabında bəyan edib:"Konqresdəki demokratlar hökuməti bağlamaq qərarına gəliblər. Onların partiya maraqlarının diktə etdiyi hərəkətləri Amerikanın dünya səhnəsindəki mövqeyini pozur və milli təhlükəsizliyi təhdid edir".

Qeyd edək ki, ABŞ qanunlarına görə, federal hökumətin maliyyələşdirilməsi dayandırılanda milli təhlükəsizlik və xarici siyasət fəaliyyətinə cavabdeh olan nazirlik və agentliklər öz fəaliyyətini davam etdirir. Oxşar tələblər işi “həyat və əmlakın qorunmasına” yönəlmiş dövlət işçilərinə də şamil edilir. Belə şəraitdə işləməyə məcbur olan həmin dövlət işçiləri maaş almırlar, lakin adətən maliyyə məsələsi həll olunandan sonra maaş alırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR