İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda sülh danışıqları: Harrisin prezident seçilməsi prosesə necə təsir edəcək?

“Prezidentliyə namizəd Kamala Harris Ermənistanın müstəqillik günü münasibətilə ABŞ erməni lobbisinə və Ermənistanın siyasi hakimiyyətinə müraciət imzalayıb. Təbii ki, bu hər namizəd üçün vacibdir o baxımdan ki, qarşıdan gələn seçkilərdə erməni elektoratı öz seçki yarışına cəlb edə bilsin. Lakin, müraciətdə Türkiyəyə qarşı saxta “erməni soyqırımı” haqqında və Azərbaycana qarşı “Dağlıq Qarabağ ermənilərinin geri qayıdış hüququ” haqqında ifadələrin yer alması bizlər üçün müəyyən siqnallardır”.

Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Amid Əliyev bildirib.

O qeyd edib ki, ABŞ-də prezidentliyə namizəd K.Harris müraciətinin sonunda bu məsələlərdə ermənilərə hər zaman dəstək olacağı barədə vəd verib.

Siyasi şərhçinin qənaətincə, bu ifadələr bizim üçün vacib siqnallar hesab oluna bilər: “Hazırda Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞ dövlət katibi ilə görüşlər keçirir. Bakı ilə İrəvan sülh sazişinin imzalanmasının son mərhələsinə çatdıqları halda, noyabrdakı seçkilərdə Harrisin seçilməsinin bu prosesə necə təsir edəcəyini indidən demək elə də çətin olmayacaq. Ola bilər ki, bu ifadələr yalnız “policy memo” olaraq kağız üzərində qalsın. Amma əsas odur ki, bu fikirlər artıq erməni lobbisinin beyninin məhsulu olaraq, ABŞ siyasi esteblişmentinə yol tapa bilib”.

A.Əliyev vurğulayıb ki, ABŞ-dəki seçkilərin və COP29 beynəlxalq platforması çərçivəsindəki bilateral görüşlərin təsiri bölgəyə istər-istəməz sirayət edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR