İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq Oyunları Federasiyası bu dəfə uşaqları Qazaxda sevindirəcək- 4 gün QALDI

Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlu yenidən azərbaycanlı uşaqları sevindirəcək.

Musavat.com xəbər verir ki, Uşaq Oyunları Federasiyası Qazax rayonu, Heydər Əliyev prospektində Qarabağ şəhid və qazilərimizin övladları və ümumilikdə bütün uşaqlar üçün nəzərdə tutulan oyun parkının açılış tədbirini keçirəcək.

Tədbir 23 iyul saat 15:00-da baş tutacaq.

Mehmet Mutlu Musavat.com-a özəl açıqlamasında bildirib ki, 44 günlük Qarabağ-Ermənistan müharibəsindən sonra şəhid ailələri, veteranları ziyarətimiz bizdə çox xoş duyğular yaratdı:

"Uşaqları daha da sevindirmək üçün qardaş ölkəmiz Azərbaycanda uşaq meydançası tikdik. Qismət olsa 23 iyul saat 15:00-da açılış şərəfinə nail olacağıq. Sizi aramızda görməyə çox şad olarıq. Uşaqlar oyunla, dünya isə uşaqlarla gözəldir".

Qeyd edək ki, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun həyata keçirdiyi möhtəşəm “Hədiyyə karvanı” layihəsi hər il Azərbaycanda uşaqları sevindirir. Layihə çərçivəsində qrup üzvləri müxtəlif rayonları dolaşır, uşaqlara hədiyyə paylayır, konsert və xüsusi proqramlarla onları əyləndirir.

“Yeni Müsavat” Media Qrupu layihəyə informasiya dəstəyi verir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR