İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın bu əməliyyatı Bin Ladenin öldürülməsi ilə eyniləşdirilə bilər

ABŞ-ın demokrat senatoru Riçard Blumental Ukraynanın “Pautina” əməliyyatını yüksək qiymətləndirərək, bu hücumların Rusiyaya qarşı aparılan müharibədə Ukraynanın uduzduğu barədə yayılmış yanlış fikirləri puç etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Blumental Vaşinqtonun Kiyevə dəstəyini artırmaq mövqeyini dəyişə biləcək bu əməliyyatların ustalığını vurğulayıb.

Senator qeyd edib ki, Ukrayna müdafiə qüvvələri 6 mindən çox kilometr məsafədəki hava bazalarını vurmaq iqtidarındadır və istənilən yerdə hücum həyata keçirə bilərlər. Onun fikrincə, bu “ustalıq və cəsarətlə” həyata keçirilən hücumlar ABŞ-ın Usama bin Ladenə qarşı keçirdiyi əməliyyat və İsrailin “pager” əməliyyatı ilə eyni səviyyədə qiymətləndirilə bilər və son illərin ən böyük hərbi nailiyyətlərindən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR