İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna rus PUA-larını MƏHV ETDİ, müharibə ŞİDDƏTLƏNİR – Kiyevdən CANLI

Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze dronu rus ordusunun"Lancet" pilotsuz uçuş aparatını məhv edib.

Bu barədə "Telegram" kanallarında video yayılıb.

Qarşıda Ukrayna əhalisini çox çətin qış fəsli gözləyir. Rusiyanın bilərəkdən mülki infrastruktura, enerji obyektlərinə vurduğu raket zərbələri mülki əhalini olduqca ağır vəziyyətə salıb və sadə insanların həyatını cəhənnəmə çevirib…

Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi qışda ölkənin elektrik enerjisilə təminatıyla bağlı iki mümkün ssenarini dərc edib. Onların hər ikisini acınacaqlı saymaq olar…

Optimist proqnoza görə, elektrik enerjisində fasilələr sutkada 12 saata qədər davam edəcək: “Optimist proqnoza görə, əgər 8-9 atom enerji bloku stabil işləyərsə və qış mülayim, şiddətli şaxtalar olmadan keçərsə, zədələnmiş 6 QVt gücün təxminən 3 QVt-ının (3000 meqavat) bərpası planlaşdırılır. Bu, gündə 12 saata qədər davam edən elektrik enerjisinin kəsilməsi deməkdir”.

Qeyd edilir ki, daha bədbin ssenari cəmi 2000 meqavat gücün bərpasını nəzərdə tutur. Bu ssenari üzrə işləyən atom enerji bloklarının sayı 6-7 olacaq, qış isə daha soyuq keçəcək. O zaman sistem böhran vəziyyətinə düşəcək. Rəsmi açıqlamada deyilir: “Ən pis ssenariyə əsasən, Rusiya Ukraynanın enerji sektoruna hücumu davam etdirərsə, bu qış ukraynalılar gündə 20 saat işıqsız və istiliksiz qala bilər”.

Ali Radanın Energetika Komitəsinin üzvü Sergey Naqornyakın proqnozuna görə qışda temperatur mənfi 10 dərəcəyə düşərsə, ukraynalılar sutkada 12-14 saat işıqsız qalacaq, daha yaxşı temperaturda bu, təxminən 10 saat olacaq.

Bundan əvvəl “Ukrenergo”nun idarə heyətinin sədri Vladimir Kudritski bildirmişdi ki, ukraynalıların üçün bu qış asan olmayacaq. Onun sözlərinə görə, mənfi 10 dərəcə temperaturda işıqlar kəsilmədən enerji sistemini tarazlaşdırmaq mümkün olmayacaq. Eyni zamanda, Kudritski hesab edir ki, "apokaliptik ssenari"nin də qarşısını almaq olar.

Göründüyü kimi, Qərbin qorxaq, ikiüzlü və riyakar siyasəti Rusiyanın yırtıcı və işğalçı əməllərilə birləşərək 21-ci əsrdə Ukrayna əhalisini görünməmiş məhrumiyyətlərlə üz-üzə qoyur. Hələ qış yaxınlaşdıqca, Rusiyanın enerji obyektlərinə, stansiyalara hücumları daha da intensivləşə bilər.

Artıq zatən saysız-hesabsız hərbi cinayətlər törətmiş Rusiya üçün burada qeyri-adi heç nə yoxdur. Rusiyanın Ukraynaya gətirdiyi, gətirmək istədiyi “rus dünyası” özü ilə ölüm, qaranlıq və dondurucu soyuq gətirir. Yəqin ki, bundan bütün “rus dünyası aşiqləri”, o cümlədən bizdəkilər də lazımi nəticələr çıxarırlar…

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Efir zamanı Ukraynada yaşayan hərbi ekspert Elxan Nuriyevin də açıqlamalarına yer verəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR