İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə sərhəddə bu görüntülər ruslarda vahimə yaratdı - 2018-ci ilin martında Putin demişdi ki...

Dünən axşam saatlarında Rusiyanın Belqorod şəhərinin sakinləri səmada ağ-sarı işıqlı sütunların şahidi olublar.

Musavat.com-un xəbərinə görə, moskvalılar, eləcə də Omsk və Murmansk sakinləri oxşar hadisə ilə üzləşiblər.

Həmin görüntülər tez bir zamanda sosial şəbəkələrdə yayılıb və bəzi KİV-lərdə yayımlanıb.

103258369091.54759.jpg (616 KB)

Sözügedən görüntülərlə bağlı bir neçə versiya var.

Çoxları sütunları bəzi super silahların, atmosfer hadisələrinin, zenit projektorlarının və hətta yadplanetlilərin təsiri ilə əlaqələndirib. Digər variantlar: istixanalardan, stadionlardan, digər mülki obyektlərdən gələn işıq. Bəziləri dini və mistik motivlər də irəli sürüb. Fərziyyələrdən iki versiya çıxır - bu, optik illüziyaya səbəb olan təbii hadisədir, "Peresvet" lazer silahının izidir. Sinoptiklər artıq öz versiyalarını ifadə ediblər: bu, Günəşin batması və ya çıxması zamanı Günəşdən, yaxud işıq mənbələrindən şaquli olaraq uzanan işıq zolağı olan optik effektdir. Gecələr belə sütunlar Aydan və xüsusilə parlaq planetlərdən uzana bilər. Qeyd olunur ki, bu cür sütunlar adətən qışda, atmosferdə nəmlik buz kristalları şəklində cəmləşən zaman yaranır. Moskva və Belqorodda bulud təbəqəsi qırılır və buna görə də bu şəhərlərin sakinləri işıqlı sütunların şahidi olublar. Halbuki daha sıx bulud təbəqəsi olan bölgələrdə işıq Yerə çatmır.  

2020-ci ilin fevralında Belqorod nəşrləri şəhər üzərində müşahidə olunan işıq sütunları haqqında yazmışdılar. Dünən isə Ukrayna ilə sərhədə yaxın Belqorod vilayətinin Valuyki şəhərində hava hücumundan müdafiə sisteminin işə düşdüyü bildirilmişdi. Bu isə insanlarda məlum görüntülərlə bağlı müxtəlif fikirlərin yaranmasına səbəb olub. 

"Peresvet" lazer silahının imkanları

"Peresvet" kompleksi ilk dəfə 2018-ci ilin martında Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətlə çıxış edərkən yeni lazer silahı haqqında danışanda məlum olub.

"Mən təfərrüatlara varmaq istəmirəm. Sadəcə, hələ vaxtı deyil. Amma ekspertlər başa düşəcəklər ki, bu cür döyüş sistemlərinin olması Rusiyanın təhlükəsizliyini təmin etmək imkanlarını artırır", - Putin bildirmişdi.

126853111134.80664.jpg (159 KB)

"Peresvet" lazer kompleksi haqqında məlumatlar gizli saxlanılır. Bu gün "Peresvet" Rusiyanın hava hücumundan müdafiə sisteminin mühüm tərkib hissəsidir və onun məqsədi son uçuş seqmentində optik-elektron başlıqlardan istifadə edən yüksək dəqiqlikli silah sistemləri ilə, məsələn, Amerikanın qanadlı raketləri ilə mübarizə aparmaqdır. Bəzi ekspertlərin fikrincə, "Peresvet"in köməyi ilə nüvə raketlərinin buraxılışını əhatə etmək mümkündür. Eyni zamanda onun effektivliyinin birbaşa yaxşı hava şəraitindən asılı olduğuna dair fikirlər də var.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR