İnsanlara hürriyət, millətlərə istiqlal!

"Twitter"in loqosu DƏYİŞDİ - Bəs niyə "X" seçildi?

"Twitter"in rəsmi olaraq mavi quşu getdi, yerinə böyük "X" hərfi gəldi.

Musavat.com bildirir ki, ötən bazar günü İlon Mask tezliklə "Twitter" brendi ilə və bütün quşlarla vidalaşacaqlarını, məşhur quş şəkilli loqonun "X" olaraq dəyişəcəyini açıqlamışdı.

İlon Mask "əgər bu axşam kifayət qədər yaxşı "X" loqosu ərsəyə gələrsə, sabahdan həmin loqo istifadəyə veriləcək", - deyə əlavə etmişdi. Beləliklə, Maskın bir tvitində elan etdiyi kimi, X.com saytı indi "Twitter"ə gedir. Müvəqqəti "X" loqosu da yavaş-yavaş həyata keçirilir.

"Əgər siz artıq bir çox istifadəçinin hesablarında əks olunmuş loqonu görə bilmirsinizsə, www.x.com saytında "Twitter"ə daxil olmağa cəhd edə bilərsiniz", - deyə Mask qeyd edib.

Qeyd edək ki, bu ad seçimi son bir ildə "Twitter"i yaxından izləyənlər üçün sürpriz olmadı. Çünki Mask "Twitter"i aldıqdan sonra şirkətin rəsmi adını dəyişərək "X Corp" edib. Maskın müğənni Qrayms ilə oğlunun adı X Æ A-12-dir. Bundan əlavə, Maskın son vaxtlar tətbiq etdiyi süni intellekt tətbiqinin adı "xAI"dir. Teslanın ən məşhur modellərindən biri "Model X"dir.

Mask 2,5 yaşlı oğlu X Æ A-12-ni qısaca X olaraq adlandırır. Məsələn, keçən ilin dekabrında paylaşdığı tvitində Mask X-in şirkətin San-Fransiskodakı ofisinə baş çəkdiyini bildirmişdi.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR