Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Qars əyalət polisinin qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları iki erməninin ayaqqabısından qızıl tapıblar.
Musavat.com qardaş ölkənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə polisi şübhəli iki şəxsin üzərində axtarış apararkən onların ayaqqabılarından 1,51 kq ağırlığında qızıl külçələr aşkar edib.
Qeyd olunur ki, şübhəlilər Ermənistan vətəndaşlarıdır və onların barələrində cinayət işi başlanıb.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ