Onlayn ictimai-siyasi qəzet
İran rəhbərliyi ABŞ ilə İranın nüvə proqramı ətrafındakı vəziyyətin həllinə dair bir neçə konsultasiya mərhələsinin keçirildiyi Oman Sultanlığına nümayəndə heyətini göndərməyib.
Musavat.com xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
"Biz Oman Sultanlığına danışıqlar heyəti göndərməmişik", - o, "Əl-Cəzirə" telekanalına bildirib.
"Danışıqlar aparan nümayəndə heyətinin başında mən Tehranı tərk etməmişəm, bu məlumat etibarsızdır", - deyə Əraqçı vurğulayıb.
Musavat.com
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ