İnsanlara hürriyət, millətlərə istiqlal!

İran WhatsApp-ı düşmən elan etdi! “İsrail casusu"dur – Şirkət qəti şəkildə cavab verdi

İran WhatsApp-ı “İsrail casusluğu”nda ittiham etdi – Şirkət qəti şəkildə cavab verdi

Musavat.com xəbər verir ki, İranın dövlət televiziyası ölkə vətəndaşlarını məşhur mesajlaşma platforması olan WhatsApp-dan imtina etməyə çağırıb. Səbəb isə sensasion ittihamdır – iddiaya görə, WhatsApp və Instagram vasitəsilə toplanan şəxsi məlumatlar “sionist düşmənə”, yəni İsrailə ötürülür.

İran televiziyası belə bir açıqlama yayıb:

“WhatsApp və Instagram insanlarla bağlı informasiyanı toplayaraq sionist düşmənə – onların son yerləşdiyi məkan və adları qeyd olunmuş mesajlar da daxil olmaqla – ötürür”.

Lakin bu iddiaların heç bir sübutla təqdim edilmədiyi vurğulanır. Məlumatı “The New York Times” nəşri yayıb.

WhatsApp şirkəti öz açıqlamasında İranın bu ittihamlarını qəti şəkildə təkzib edib və bu kampaniyanın arxasında tətbiqin bloklanmasına zəmin yaratmaq məqsədinin dayandığını bildirib.

Musavat.com bildirir ki, şirkətin bəyanatında deyilir:
“Bu yalan iddiaların bizim xidmətlərimizin bloklanmasına bəhanə olmasından narahatıq. İnsanların ən çox ehtiyac duyduğu bir zamanda bu cür davranışlar qəbuledilməzdir. WhatsApp-da ailənizə və dostlarınıza göndərdiyiniz bütün mesajlar ucdan-uca şifrələnib və bu mesajlara yalnız göndərən və qəbul edən şəxs çıxış edə bilər – hətta WhatsApp özü belə yox. Biz heç bir hökumətə kütləvi informasiya təqdim etmirik.”

Bu hadisə İranın sosial şəbəkələrə və beynəlxalq platformalara qarşı artan təzyiqlərinin növbəti nümunəsi sayılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR