İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qiyamət günü təyyarəsi" Endryus aviabazasına ENDİ - VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 747-E4B "Qiyamət günü təyyarəsi" Endryus aviabazasına çatıb.

Bu barədə "Military Observer" nəşri məlumat verib.

Təyyarənin yaxın vaxtlarda uçuş həyata keçirib-keçirməyəcəyi ilə bağlı dəqiq məlumat verilmir.

Xatırladaq ki, "Boeing E-4 Nightwatch" "Qiyamət günü təyyarəsi" adlandırılıb, çünki nüvə müharibəsi başlayacağı halda ABŞ lideri, Pentaqonun rəhbəri və ölkənin ali hərbi rəhbərliyinin digər üzvləri üçün nəzərdə tutulub. O, idarəetmə strukturları ilə təchiz olunub və havada yanacaq doldurulması şərti ilə bütün həftə ərzində uçuşda ola bilər. Təyyarənin göyərtəsindəki avadanlıqların nüvə partlayışının zərərli təsirlərindən müdafiəsi təmin olunub.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Aviasiyasının Endryus bazası 1942-ci ildə yaradılıb. O, Vaşinqtonun mərkəzindən 24 kilometr cənub-şərqdə, Kemp-Sprinqs şəhərində yerləşir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR