İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmədə gərgin anlar: İlhamə Elşadqızı hakimin sərt reaksiyası ilə üzləşdi

Sosial şəbəkədə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəis müavini şahid qismində ifadə verib.

O, İlhamə Əskərovanın mənzilində narkotik maddənin tapılması əməliyyatında şəxsən iştirak etdiyini təsdiqləyib. Mənzildən itən 200 manat məbləğində pulun yoxa çıxması barədə məlumatının olmadığını bildirib.

Şahid mənzildə aparılan əməliyyatın təfərrüatını danışarkən, təqsirləndirilən şəxsin etirazı ilə qarşılaşıb və bu səbəbdən hakim müdaxilə etməli olub. Təqsirləndirilən şəxs bölmə rəisinin müavininə "Bu nə dvijeniyadır?" deməklə ironik şəkildə etirazını bildirib və hakim buna sərt reaksiya verib.

Xatırladaq ki, İlhamə Əskərovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddəni saxlama və ya daşıma) ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Emin Abdullayev və digərləri saxlanılıblar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan müsabiqələrdə iştirakçı olub.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR