Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilib.
Musavat.com-un xəbərinə görə, müvafiq sərəncamı baş nazir Nikol Paşinyan imzalayıb.
Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətləri müvəqqəti olaraq MTN direktorunun müavini Andranik Simonyana həvalə edilib.
Qeyd edək ki, Armen Abazyan 2020-ci il noyabrın 8-də MTN-in direktoru təyin edilmişdi.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ