İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin NATO sammitinə dəvəti dəyişdirildi – Trampa görə iştirak formatı azaldıldı

Musavat.com xəbər verir ki, NATO-nun Haaqada keçiriləcək sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə bağlı format dəyişdirilib.

Bu barədə məlumatı “The Times” qəzeti yayıb.

Britaniya nəşrinin iddiasına görə, sammitin cəmi iki saat yarım davam edəcəyi bildirilir və Zelenskinin dəvəti ləğv edilməsə də, onun tədbirdə iştirakı daha aşağı səviyyəyə endirilib. Mənbələr bunu ABŞ prezidenti Donald Trampın iştirak edəcəyi görüş zamanı “istənməyən qarşılaşmaların qarşısını almaq üçün” atılan ehtiyat addım kimi qiymətləndirirlər.

Xatırladaq ki, Trampın Zelenski ilə görüşməkdən imtina etməsi, hətta onu “Amerikanın pullarını boşa xərcləyən lider” adlandırması son vaxtlar Qərb mətbuatında geniş müzakirə olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR