İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı Putinə yaxın erməni iş adamı haqqında sərt sözlər söylədi

Ermənistanın Hakim Vətəndaş Sazişi partiyasının parlament fraksiyasının deputatı Vaaqn Aleksanyan yerli parlamentin iyunun 17-də keçirilən iclasında iş adamı və “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin rəhbəri Samvel Karapetyana müraciət edərək onu siyasətə qarışmamağa, əksinə, diqqəti lazımi qaydada elektrik enerjisi ilə təmin etmək məsələsinə diqqət yetirməyə çağırıb

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Ermənistanın Elektrik Şəbəkələri şirkətinin Taşir şəhərindən olan sahibi Samvel Karapetyan subaylığı pozan ruhanilərin müdafiəsi kampaniyasına qoşulub”, - deyə Aleksanyan bildirib.

Deputatın sözlərinə görə, iş adamı böyük ehtimalla bu yolla özünə siyasi və ya yarı-siyasi müdafiə təmin etməyə çalışır.
Erməni mətbuatının xəbərinə görə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 29-da hökumətin iclasında bir sıra kilsələrin vəziyyətini tənqid edərək, onları “zibillə dolu şkaflar” adlandırıb. Ertəsi gün o, arxiyepiskoplardan birini əxlaqsızlıqda ittiham edərək, erməni apostol kilsəsinə və ruhanilərə ünvanlanan sərt yazı dərc edib. Daha sonra onun həyat yoldaşı Anna Akopyan da katolikos və dindarlar haqqında təhqiramiz ifadələr işlədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR