İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır

Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.

Musavat.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddətinin uzadılması ilə bağlı TBMM-yə sənəd göndərib.

Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR