İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə əsri”nin yeni nazirlərindən İLK AÇIQLAMALAR - Dövlət və millət üçün çalışmağa DAVAM

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Əsri"nin nazirlər kabinetinin tərkibini açıqlayıb.

Ərdoğan demokratiyanın gücünə güc qatan seçki prosesinin başa çatdığını deyib, seçkilərin nəticəsinin Türkiyə və türk milləti üçün xeyirli olmasını arzulayıb.

Digər tərəfdən, yeni kabinetin yeni nazirlərindən ilk mesajlar gəlməyə başlayıb.

Musavat.com "Türkiyə Əsri"nin yeni nazirlərinin paylaşımlarını təqdim edir:

Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni kabinetdə daxili işlər naziri vəzifəsinə təyin olunan İstanbul valisi Ali Yerlikaya dövlət başçısına öz təşəkkürünü bildirib:

yerlika.jpg (41 KB)

"26 oktyabr 2018-ci il tarixində Prezidentin Sərəncamı ilə təyin olunduğum İstanbulda 4 il 8 ay xidmət etmək şərəfinə nail oldum. Bu axşam prezidentimiz cənab Ərdoğanın yüksək səlahiyyətləri tərəfindən Daxili İşlər Naziri təyin olundum. Anlayışı və verdiyi qiymətə görə cənab Prezidentə minnətdarlığımı bildirmək istəyirəm".

Yeni ədliyyə naziri Yılmaz Tunç millətə xidmət yolunda işlərini davam etdirəcəklərini açıqlayıb:

tunc.jpg (60 KB)

"Prezident kabinetimizin ölkəmizə, sevimli xalqımıza xeyirli olmasını arzu edirəm. "Türkiyə Əsr"inin Kabinetində ədliyyə naziri vəzifəsini mənə həvalə edən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm. Bundan sonra da var gücümüzlə millətimizə xidmət etməyə çalışacağıq".

Fəaliyyətini davam etdirən səhiyyə naziri Fahrettin Koca deyib:

fahred.jpg (50 KB)

"Vəzifəmin bu dövründə sevimli millətimizə xidmət etməyi həyatımın ən yüksək hədəfi hesab edəcəyəm. Mənim məsuliyyətim millətimiz qədər böyükdür".

Yeni mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu etimada layiq olmaq üçün ölkə və millət naminə çalışacağını bildirib:

nuri.jpg (46 KB)

"Hökümət sisteminin yeni kabinetində nazir vəzifəsini mənə həvalə edən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana səmimi qəlbdən təşəkkür edirəm. Bu etimada layiq olmaq üçün ölkəmizin, millətimiz naminə çalışmağa davam edəcəyik".

Yeni milli təhsil naziri Yusuf Tekin "Türk Əsri"nin qurulması üçün çalışacağını ifadə edib:

yusuftek.jpg (91 KB)

"Qısa fasilədən sonra yenidən təhsil ictimaiyyətimizlə işləmək imkanımız olacaq. İnşallah müəllimlərimiz, idarəçilərimiz, idarə heyətimiz, özəl təhsil müəssisələrimiz, tələbələrimiz, valideynlər və digər maraqlı tərəflərlə birlikdə yeni Türk Əsrinin qurulması üçün əl-ələ, ürəkdən çalışacağıq. Güvən və dəstəyini hər zaman hiss etdiyim Prezidentimizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Allah köməyimiz olsun".

Prezident kabinetinin yeni nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə mühüm məqamlara diqqət çəkib:

ural.jpg (67 KB)

"Komanda işi ilə arzularımızı həyata keçirmək üçün Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanla yaxın yoldaş olduq. Yolumuz indi daha çətin, yükümüz daha ağırdır. Ancaq iradəmiz daha güclü, əzmimiz daha çoxdur. Məni əvvəlcə Avtomobil Yolları Baş İdarəsinə rəhbər, hazırda isə nəqliyyat və infrastruktur naziri təyin edən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm. Rəbbim bizə ölkəmizə, millətimizə xeyirli xidmətlər etməyi nəsib etsin".

Vitse-prezident vəzifəsinə təyin edilən Cevdet Yılmaz yeni Prezident Kabinetinin ölkə və millət üçün xeyirli olmasını arzulayıb:

cevyıl.jpg (51 KB)

"Türkiyə Əsri"nin kabinetində Vitse-prezident vəzifəsini mənə həvalə edən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm. Müxtəlif kanallarla təbriklərini çatdıran hər kəsə təşəkkür edirəm. Allah millətə xidmət yolunda bizə kömək olsun”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR