İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın gömrük rüsumları Britaniyanı çətin duruma saldı- Müdafiə xərcləri azaldılacaq

"The Times" qəzetinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tətbiq edəcəyi yüksək gömrük rüsumları Böyük Britaniyanı müdafiə xərclərini milyardlarla funt azaldmağa məcbur edə bilər.

Musavat.com xəbər verir ki, ekspertlərin proqnozlarına əsasən, ABŞ-ın yeni tarifləri Böyük Britaniyanın ÜDM-nin 0,9% azalmasına səbəb olacaq. Bu isə 2029-2030-cu illərə qədər müdafiə xərclərinin £1,82 milyard (təxminən $2,22 milyard) azalması ilə nəticələnə bilər.

Bu ssenari İcmalar Palatasının Biznes və Ticarət Komitəsinin sədri Liam Birn üçün hazırlanan hesabatda öz əksini tapıb. Hesabatda qeyd olunur ki, bu cür iqtisadi təzyiqlər Britaniyanın milli təhlükəsizlik strategiyasına mənfi təsir göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR