İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa daha bir rəqib çıxdı

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens ölkədə 2024-cü ilin noyabrına təyin edilmiş prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Respublikaçılar Partiyasında vahid namizədlik uğrunda mübarizə aparacaq.

63 yaşlı Pens yarışda iştirakını elan edən 11-ci respublikaçı siyasətçi sayılır. Ondan başqa 45-ci prezident Donald Tramp, Florida qubernatoru Ron DeSantis, Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi də iddiasını ortaya qoyub.

Pens son 80 ildə Ağ Evə birlikdə seçildiyi prezidentlə mübarizə aparan ilk vitse-prezidentdir. Sonuncu dəfə 1940-cı ildə vitse-prezident Con Nens Qarner prezident Franklin Ruzveltlə eyni vaxtda seçkilərdə yarışıb. Bununla belə, Maykl Pens bu gün səhər saatlarında mühafizəkar "Fox" kanalında nümayiş olunan ilk təşviqat videosunda keçmiş şefini tənqid etməkdən yayınıb və yalnız hazırkı dövlət başçısı Co Baydeni tənqid edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR