Onlayn ictimai-siyasi qəzet
Tibb təhsilinin inkişafı tarixi şəxsiyyətlərin diqqət və qayğısı ilə formalaşıb.
Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin məzunları ilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib.
Onun sözlərinə görə, əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində ən mühüm məsələlərdən biri hesab edən ulu öndər Heydər Əliyev səhiyyənin tərəqqisi, maddi-texniki bazasının gücləndirilməsi üçün zəruri addımlar atıb. Azərbaycan Tibb Universitetinin yeni tədris korpusunun tikilməsi, ilk tədris klinikasının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır: “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanı da Azərbaycan Tibb Universiteti ilə qırılmaz tellər bağlayırdı. Akademik Zərifə xanım Əliyevanın tibbi elminə və təhsilə verdiyi töhfələr isə bu sahənin mənəvi dayaq nöqtəsidir”.
Musavat.com
01 Iyul 2025
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ