İnsanlara hürriyət, millətlərə istiqlal!

1600 nəfər ƏFV edildi - Siyahıda siyasi liderlər də var - QƏRAR

ABŞ-ın sabiq prezidenti Donald Tramp Kapitoliya basqını ilə bağlı 1500-dən çox şəxsin əfv edildiyini elan edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu əfv qərarı yalnız cəza müddətinin azaldılması ilə məhdudlaşmır, eyni zamanda tam sərbəst buraxılma və cinayət işlərinin bağlanmasını da əhatə edir.

Rəsmi məlumata görə, təxminən 1600 nəfər bu qərardan faydalanıb. Əfv olunanlar arasında “Proud Boys” və “Oath Keepers” kimi ultra-sağçı qrupların 14 lideri də yer alıb. Onların adları Ağ Evin rəsmi saytında yayımlanan sənədlərdə açıqlanıb və qiyam çağırışları ilə bağlı ittihamlarla üzləşiblər.

Trampın bu addımı ölkə daxilində ciddi mübahisələrə yol açıb. Mühafizəkarlar bu qərarı dəstəkləsə də, müxalifət nümayəndələri bunun qanun aliliyinə zərbə vurduğunu bildirirlər.

Xatırladaq ki, 6 yanvar 2021-ci ildə etirazçılar Kapitoliya binasına hücum edərək, 2020-ci il prezident seçkilərinin nəticələrinin ləğv edilməsini tələb etmişdilər. Hücum nəticəsində 1270 nəfər ittiham olunmuş, onların əksəriyyəti günahlarını etiraf edərək mühakimə olunmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR