İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində jurnalist saxlanıldı

Ermənistan parlamentinin keçid məntəqəsində insident baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Newday.am” saytının operatoru Canibek Xaçatryan keçid məntəqəsini keçmək istəyən zaman onun üzərində bıçaq aşkar edilib.

Ərəbkir rayon polis şöbəsinin əməkdaşları onu saxlayıblar. Erməni operatoru stansiyaya əli qandallı aparıblar.

Operatorun vəkili Ruben Melikyan bu hadisəni mənasız adlandırıb. O, bıçağın soyuq silah kimi dəyərləndirilə bilməyəcəyini söyləyib.

“Newday.am” saytının redaktoru Ani Gevorgyan digər hökumət strukturlarına daxil olarkən bu bıçağın sadəcə götürüldüyünü, mühafizə olunan kabinetə yerləşdirildiyini və operatorun içəri buraxıldığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR