İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan revanşistləri parlamentdən çıxarmalıdır”

“Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi üzrə razılıq əldə olunub. Bu, müsbət dinamikadır və sülh üçün əsas bazadır. Gürcüstan sərhədindən başlayaraq İrana kimi sərhəd dəqiqləşəcək”.

Bunu siyasi şərhçi Məhəmməd Ədədullazadə Musavat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan da anklavlardan danışıb. Bildirib ki, imzalanmış və ikitərəfli təsdiq edilmiş sənəddə anklavlar məsələsi nəzərdə tutulmur.

Yerli jurnalistlər Simonyana şimaldan demarkasiya prosesinin davam edəcəyi təqdirdə qalan anklavların təslim edilib-edilməyəcəyi barədə sual ünvanlayıblar.

“Biz anklavların müzakirəsi ilə bağlı heç bir problem görmürük”, - deyə Alen Simonyan qeyd edib.

ESED SON.jpg (68 KB)

Məhəmməd Əsədullazadə şübhə etmir ki, Ermənistan esklav kəndləri qaytaracaq:

“Buna şübhə yoxdur. İstər Qazaxın, istərsə Naxçıvanın Kərki kəndini… Proses gedir və düşünürəm bu məsələlər həllini tapacaq. Sülh müqaviləsinin bağlanması üzrə danışıqlar gedir. Yerdə qalan məsələlər müzakirə edilir. Məhz Türkiyədə Ermənistanı Zəngəzur dəhlizinin açmasını və sülh bağlanmasi üçün öz şərtlərini irəli sürür”.

Ekspert əmindir ki, Türkiyə də prosesdə var:

“Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyir. Avropa ilə birbaşa quru yol əldə etməyi planlaşdırır. Nikol Paşinyan sərhədlərin açılmasını Rusiyadan tam qopmaq kimi baxır. Ona görə də Ankara ilə dialoqdadır. Türkiyə XİN rəhbəri Hakan Fidan bu günlərdə Bakıda oldu. Burada Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar aparılıb. Çünki danışıqlarda durğunluq yaranmışdı. Türkiyə prosesi yenidən canlandırdı. Danışıqlar hazırda davam edir. Ermənistan Zəngəzur dəhlizini açmalı və Azərbaycana qarşı ərazi iddialarını qanunvericilik bazasından çıxarmalıdır”.

M.Əsədullazadə hesab edir ki, Ermənistan ABŞ-la strateji tərəfdaşlıq sazişinə arxayın olmamalıdır:

“Tramp regionda sülhün tərəfdarıdır. ABŞ Türkiyəyə ciddi dəstək verəcək. Yəni Ermənistan regional prosesləri real qiymətləndirən düzgün qərar verməyə məcburdur. Əksi isə Ermənistan hakimiyyəti üçün acınacaqlı ola bilər. Düşünürəm ki, bu il müəyyən irəliləyişlər əldə olunanacaq”.

Ermənistan parlamentində Respublika fraksiyasının deputatının Azərbaycana qarşı ərazi iddialarını əks etdirən xəritənin ortaya çıxarılmasına gəldikdə, ekspertə görə, bu, bir daha göstərir ki, parlamentdə revanşistlər var:

“Onlar Azərbaycana qarşı ərazi iddialarını irəli sürür. Parlament rəhbərliyi bu təxribatın qarşısını aldi. Göründüyü kimi, proseslər ciddiliyini qoruyur. Faktiki olaraq faşist və revanşistlər Ermənistan parlamentində qalır, Paşinyan revanşistləri parlamentdən çıxarmalıdır”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR