Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı Denalinin isə MakKinli adlandırılması prosesinin başlanması haqqında fərman imzalayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sənədin mətni Ağ Evin saytında dərc olunub.
Fərmana əsasən, Daxili İşlər Nazirliyi 30 gün ərzində adların dəyişdirilməsi ilə bağlı bütün rəsmiləşdirmələri həll etməlidir. Departament daha sonra rəsmi coğrafi adlara dair informasiya sistemindəki (GNIS) məlumatları yeniləməli, bundan sonra rəsmilər bütün rəsmi hökumət sənədlərinin bu coğrafi obyektlərə yalnız Amerika körfəsi və MakKinli dağı kimi istinad olunmasını təmin etməlidirlər.
Meksika körfəzinin adının dəyişdirilməsinin lehinə arqumentlər kimi, sənəddə “dünyanın ən böyük körfəzinin” “Amerika iqtisadiyyatının mərkəzi olaraq qalması” faktı göstərilir. Tramp sərəncamında qeyd edib ki, yeni ad ABŞ-ın “bu inkişaf edən iqtisadi güc mərkəzi və onun iqtisadiyyat üçün kritik əhəmiyyəti nəzərə alınaraq” verilir.
Tramp Alyaskada yerləşən Denali dağına köhnə adını qaytarmağı əmr edib - Şimali Amerikanın ən yüksək nöqtəsi rəsmi olaraq 1917-ci ildə ABŞ-ın 25-ci prezidenti Uilyam MakKinlinin adını alıb. 2015-ci ildə Alyaskanın yerli əhalisinə hörmət əlaməti olaraq prezident Barak Obamanın administrasiyası dağın adını yarımadada yaşayan xalqların tarixən adlandırdığı kimi, Denali qoyub. Tramp öz sərəncamında Obamanın qərarının “Amerika xalqını İspan-Amerika müharibəsində qəhrəmancasına qələbəyə aparan” prezident MakKinlinin xatirəsini incitdiyini bildirib.
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ