İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Bolu vilayətində hoteldə baş verən yanğınla bağlı başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi "X" səhifəsində paylaşım edilib.

"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Yanğın nəticəsində 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR