İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində gərginlik

“Ermənistan parlamentinin iclas zalında deputat Vahan Aleksanyanla mənim aramda orduda mövcud problemlərlə bağlı gərgin söhbət oldu”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində müxalif “Ermənistan” blokunun deputatı, daşnak Qarnik Danielyan deyib.

“Düşünürəm ki, ordu ilə əlaqəsi olan insanlar hansı problemlərdən danışdığımızı bilirlər. Mən çıxışımda forma, ayaqqabı və sair məsələni qaldırdım”, - deyə Danielyan bildirib.

Bu çıxışın hakim partiyanın deputatı Vahan Aleksanyanı niyə hiddətləndirdiyini soruşduqda müxalifətçi belə cavab verib:

“Ordu yaranandan bu günə qədər müxtəlif dövrlərdə cəmiyyəti narahat edən problemlər olub. Yenə də hər şeydə keçmiş hakimiyyəti günahlandırırlar. Bu adamlar 7 ildir hakimiyyətdədirlər və hər şeydə daim öz keçmişlərini günahlandırmağa çalışırlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR