İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baş nazirdən SMS alsam, dərhal...” - Culakyan

“Ermənistanın baş naziri, hakim partiyanın İdarə Heyətinin sədri Nikol Paşinyan mənə SMS göndərsə, deputat mandatımdan istefa verəcəm”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Arusyak Culakyan deyib.

Culakyanın sözlərinə görə, Ovik Ağazaryanın (bu yaxınlarda hakim partiya sıralarından qovulan deputat - red.) mövzusu artıq köhnəlmiş və darıxdırıcıdır.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına telefonla müvafiq mesajlar göndərərək, silsilə istefalar təşəbbüsü ilə çıxış edib. Paşinyan eyni tələbi Ağazaryana qarşı irəli sürüb. Lakin sonuncu onun tələbini rədd edərək deputat mandatını təhvil verməyib. Bundan sonra baş nazir Ağazaryanın dövlət təhlükəsizliyi ilə bağlı məlumatların ötürülməsində iştirak etdiyini bildirərək onun deputat mandatından məhrum edilməsinin zəruriliyini bəyan edib. Daha sonra Ağazaryana qarşı cinayət işi açılıb. Ağazaryan isə öz növbəsində yeni siyasi partiya yaratdığı barədə bəyanat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR