İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda sosial üsyan gözlənilir?

“Dünən feysbukda yazılarımdan birinin altında səhifəsi “Rostov-Kirov” adlanan şəxs rus hərfləri ilə “xaryur dram” (yüz dram) yazıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin sədri Alen Simonyan tərəfindən keçirdiyi brifinqdə səslənib.

Simonyan bununla yerli jurnalistlərin “nəqliyyat qiymətlərinə görə ölkədə üsyan çıxarmı” sualına cavab verib.

“Sosial üsyan yetişmir, sadəcə bu mövzunu manipulyasiya edirlər. İnsanlar, hətta sosial problemləri olanlar da bu qiymət artımının əhəmiyyətini anlayırlar”, - deyə Alen Simonyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR