Onlayn ictimai-siyasi qəzet
Ermənistanda yerli hökumət könüllülər sistemini yerli müdafiə qüvvələri ilə əvəz etməyi təklif edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli parlamentin iclasında müdafiə nazirinin müavini A.Sarkisyan danışıb.
Onu sözlərinə görə, “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərlə həmin qüvvələrin vəzifələri, onların qurulması, idarə olunması ilə bağlı məsələlər müəyyən edilib.
Nazir müavininin bildiridiyinə əsasən yerli müdafiə qüvvələrinə ümumi rəhbərliyi ordu korpusunun komandiri həyata keçirəcək və onlar hərbi hissənin nəzdində fəaliyyət göstərən hərbi hissələrin tərkibinə yardımçı birləşmələr kimi daxil ediləcək.
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ