İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolik bu dəfə sosial verilişə aparıcılıq edəcək  

Tolik kimi tanınan prodüser Tarix Əliyev bu dəfə sosial verilişə aparıcılıq edəcək.

Musavat.com bildirir ki, bu barədə Tarix Əliyev sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, yeni verilişi “Ümidlə gəl” adlanacaq:

“Son illər əsl peşəm olan prodüserlik ilə yox, televiziya aparıcılığı ilə məşğul oluram. Sizin sayənizdə bir çox layihələrdə uğur, reytinq qazanmışam. Bu dəfə isə başqa bir formatda yeni mövsümdən qarşınıza çıxmaq istəyirəm. Düşünürəm ki, “Ümidlə gəl” adlı sosial yönümlü yeni verilişim sizin də marağınıza səbəb olacaq. Biz də çalışıb vətəndaşlarımızın bəzi problemlərində onlara dəstək olacağıq”.

Tarix Əliyev sonda layihənin hazırlanmasında ona köməklik edən aparıcı Zaur Baxşəliyevə öz təşəkkürünü bildirib. 

Xatırladaq ki, Tarix Əliyev (Tolik) bundan əvvəl  MTV-də “Tarixin bir günü” proqramına aparıcılıq edirdi. 

Xalidə Gəray
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR