Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda Gürcüstan parlamentində LGBT+ əleyhinə qanun böyük müzakirələrdən sonra qəbul edilib.
Qanunun qəbulundan bir gün sonra ölkənin ən məşhur trans qadını Kesaria Abramidze öldürülüb. Abramidzeni öldürən və onun ortağı olduğu iddia edilən 26 yaşlı şəxs saxlanılıb.
Qonşu Gürcüstanda eynicinsli cütlüklərin eynicinsli nikahla birlikdə uşaq sahibi olmasına mane olan qanun böyük müzakirələrdən sonra parlament tərəfindən qəbul edilib.
Qanun həmçinin LGBT+ insanların gender uyğunluğu müalicələrini və media təsvirlərini qadağan edir. Prezident Salome Zurabişvili qanunu dəstəkləməyəcəyini açıqlayıb. Lakin parlamentin də Prezidentin qərarını aşmaq səlahiyyəti var.
Qanun böyük mübahisələrlə qəbul edildikdən sonra ölkənin ən məşhur trans qadını Kesaria Abramidze öz evində ölü tapılıb.
Gürcüstanın ilk trans qadın məşhurlarından biri olan Abramidze bu yaxınlarda məişət zorakılığına məruz qaldığını bildirərək:
“Çətin vəziyyətdən xilas olmaq üçün ölkəni tərk etməli oldum” demişdi.\\Sfera.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ