İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda iş adamı SAXLANILDI

Bakıda şirkətlərin birində icraçı direktor vəzifəsində çalışan şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, "Qaynarinfo"nun məlumatına görə, Cavid Vəliyevin (ad-soyad şərtidir) saxlanılmasına səbəb sevgilisini hədələməsi olub.

Belə ki, icraçı direktor vəzifəsində çalışan şəxs Ş.U. ilə 13 ildir qeyri-rəsmi münasibətdə olub. Amma qadın ondan ayrılmaq istəyib.

Təxminən bir il əvvəl qadın Cavidə ayrılmaq istədiyini deyib. Bu səbəbdən onun yaşadığı ünvana gedərək, Ş.U-nu döyərək xəsarət yetirib. Lakin qadın onu bağışlayıb və münasibətləri yenidən bərpa edilib.

Bir neçə gün əvvəl Ş.U. təqsirləndirilən şəxslə telefonla danışarkən yenidən ondan ayrılmaq istədiyini bildirib. Cavid Vəliyev zərərçəkmiş qadını hədələyib. Bu səbəbdən o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə şikayət edib.

C.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmə iş adamını 50 manat cərimə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR