İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkana 300 minlik hədiyyə verildi - FOTO

Müğənni Türkan Vəlizadə "Rəngarang" verilişində canlı yayımda ona hədiyyə edilən bahalı avtomobili qəbul etməyib.

Musavat.com teleqraf.com-a istinadən xəbər verir ki, Türkan Vəlizadə bu sözləri deyib: "Məni ciddi sevən insan hədiyyəni göndərməz. Hədiyyəni təklikdə bağışlayarlar. Mənə əsl hədiyyə sevgidir. Əsas saf sevgidir və insana qalacaq ailə həyatıdır. Bu avtomobili qəbul edə bilmərəm.

Avtomobili mənə hədiyyə etməyə ehtiyac yoxdur. O qədər kasıb ailələr, ehtiyacı olan insanlar var ki, avtomobili onlara hədiyyə etsinlər. Mən səsimlə, sənətimlə pulumu qazanıram".

Türkan Vəlizadə bildirib ki, onun üçün əsas ailə həyatı qurmaqdır: "Başqa məni heç nə maraqlandırmır".

Aparıcı Zaur Nəbioğlu isə müğənniyə "Bütün borclarını bağlaya bilərsən. Avtomobilin 200-300 minlik qiyməti var", - deyə replika verib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR