İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov burundili həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Burundi Respublikasının xarici işlər və inkişafı üçün əməkdaşlıq naziri Albert Şinqiro ilə fikir mübadiləsi aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı “X” sosial şəbəkəsində yazıb.

C.Bayramov Azərbaycanın Burundi də daxil olmaqla Afrikanın müxtəlif ölkələri ilə əməkdaşlığının xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə intensivləşdiyini məmnunluqla qeyd edib.

“Mövcud imkanlardan istifadə edərək müxtəlif formatlarda əməkdaşlığımızın daha da möhkəmlənməsinə ümid edirəm”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR