İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində gənclər arasında işsizlik rekorda çatdı

Avqust ayında Çində tələbələr istisna olmaqla, 16-24 yaşlı insanlar arasında işsizlik səviyyəsi rekord həddə çatıb. Musavat.com Çin Milli Statistika İdarəsinin (NSO) hesabatına istinadən xəbər verir ki, göstərici iyulda 17,1 faizdən avqustda 18,8 faizə yüksəlib.

Məlumata əsasən tələbələr istisna olmaqla, 25-29 yaşlı şəxslər arasında işsizlik dörd aylıq maksimuma - 6,9 faizə çatıb. Bir ay əvvəl bu göstərici 6,5 faiz təşkil edib. 30-59 yaşlı insanlar üçün isə bu rəqəm dəyişməyib - 3,9 faiz.

Ekspertlər gənclər arasında işsizliyin artımını yayda rekord sayda - 11,79 milyon məzunun milli əmək bazarına daxil olması ilə əlaqələndiriblər.
Çin hakimiyyəti məzunların işə qəbulunu stimullaşdırmaq üçün bir sıra tədbirlər, o cümlədən subsidiyalar tətbiq edir.

Qeyd edək ki, açıqlanan bu işsizlik rəqəmləri kənd əhalisini nəzərə almır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR