Onlayn ictimai-siyasi qəzet
Cəlilabad rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatında fasilə olacaq.
Musavat.com-un məlumatına görə, 25 sentyabr saat 10:00-dan görüləcək işlər başa çatanadək 19 yaşayış məntəqəsi üzrə 13 171 abonentin (Cəlilabad şəhəri, Uzuntəpə, Sərhədabad, Əliabad, Məşədivəlli, Seyidbazar, Hasıllı, Hacıismayıllı, Astanlı, Suluçeşmə, Fərzili, Abdullu, Zopun, Cəfərli, Həsənli, Çünəxanlı, Muğan, Maşlıq və Söyüdlü kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ